Çərşənbə axşamı , Noyabr 10 2026
azfa

Molla rejimi Urmiya gölünü tam qurudub

GADTB: Artıq rəsmilər də Urmiya gölünü tam qurudulduğuna etiraf edir.

Qərbi Azərbaycan əyaləti Ətraf Mühitin Mühafizəsi İdarəsinin rəisi Höccət Cabbari deyib ki, Urmiya gölünün şimal hissəsində 100 kvadrat kilometr ərazidə 4-5 santimetr dərinliyində su qalıb və bu gölün tamamilə quruması deməkdir.

Cabbari deyib: “Bu Urmu gölünün tarixində ilk dəfədir ki, su miqdarı bu qədər azalır, yaxın 5-6 gündə gölün şimal hissəsinin tamamilə quruması gözlənilir. Hazırda şimalda yalnız çox nazik və pərakəndə şəkildə qalan az miqdarda su ekoloji nöqteyi-nəzərdən heç nəyi həll etmir”.

Höccət Cabbarı gölün cənub hissəsində də mövcud olan su miqdarının əhəmiyyətsiz dərəcədə az olduğunu bildirib: “Cənub hissədə 600-700 kvadrat kilometr sahədə 15-20 santimetr dərinliyində su mövcuddur və bu tendensiyanın davam edəcəyi təqdirdə yayın sonuna kimi bu sularda quruyacaq və bununlada Urmu gölü tamamilə yox olacaq”.

Qeyd edək kİ, Urmiya gölünün minimum ekoloji su həcmi 15 milyard kubmetr, maksimum ekoloji su həcmi isə 30 milyard kubmetr olmalıdır.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …