
GADTB: İrqçi fars-molla rejimin ETTELAAT qüvvələri Urmiyada azərbaycanlı milli fəal Behzad Paşazadəni həbs edərək, naməlum yerə aparıblar.
Molla rejimin məmurları Paşazadənin iş yerinə gedərək, onu yaxalayəb və özləri ilə naməlum yerə aparıblar.
Azərbaycanlı fəalın həbs səbəbi barədə məlumat verilməyib.
Qeyd edək ki, Behzad Paşazadə 14 il öncə Urmiya gölünün qurumasına qarşı küçə etirazları zamanı və 10 il əvvəl isə İran televiziyasının irqçi proqramına qarşı küçə etirazları zamanı həbs edilmişdi.