
GADTB: İrqçi fars-molla rejimi Urmiya şəhərində yaşayan azərbaycanlı milli fəal Huşəng Nağızadəni həbs edib.
Molla rejimin məmurları mayın 7-i axşam saatlarında fəalı şəxsi mənzilində həbs edərək naməlum yerə aparıblar.
Fəalın həbs səbəbi barədə məlumat verilməyib.
Qeyd edək ki, Nağızadə 2006, 2013, 2018, 2020 və 2022-ci illərdə də dinc fəaliyyətlərinə görə dəfələrlə həbs edilib.