Bazar ertəsi , İyun 17 2024
azfa

Molla rejimi Volkan adına görə azərbaycanlı körpəyə doğum şəhadətnaməsi vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin

Vətəndaş Vəziyyətlərinin Qeydiyyat İdarəsi Volkan adına görə azərbaycanlı körpəyə doğum şəhadətnaməsi vermir.

Volkan Azərmiradın ailəsi övladlarının dekabr ayında dünyaya gəlməsinə baxmayaraq, bu müddət ərzində ona türkcə Volkan adı seçdiklərinə görə doğum şəhadətnaməsi ala bilmədiklərini bildirirlər.

Qeyd edək ki, bu, irqçi fars-molla rejimi Azərbaycan Türk Millətini bir millət kimi assimilyasiyay uğradıb məhv etmək məqsədilə Azərbaycan türklərinə öz övladlarına türkcə ad qoymağı qadağan edib.

Molla rejimin bu şovinist hərəkəti isə haqlı olaraq etirazlarla qarşılanır. Güney Azərbaycandan olan hüquqşünas və Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Haqları Komissiyasının sədr müavini Sina Yusifi İranda Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin türk adlarına qarşı tətbiq etdiyi qadağalarla bağlı paylaşım edərək yazıb: “Bu günlər İranda Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin azərbaycanlı uşaqlara türk adlarının qoyulmasını qadağan etməsi və sənədləşdirməməsi o qədər çoxalıb ki, hər gün onlarla insan Qeydiyyat İdarəsində şikayət edir. Bu, güc, polis və güllə hesabına insanların ilkin hüquqlarını pozmaqdır”.

Həmçinin yoxlayın

Səyyad Məhəmmədian girov qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qoşaçaydan olan Azərbaycan milli hərəkatının tanınmış fəalı Səyyad …

Molla rejimi həbs etdiyi azərbaycanlı vəkil hələ də zindanın karantin bölməsində həbsdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin məmurları Tehrandakı Evin zindanında həbsdə …