Cümə axşamı , May 30 2024
azfa

Molla rejimi Xameneiyə ölüm şüarı verən təbrizli qızı zindandan ruhi dispanserə köçürdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Xameneiyə ölüm şüarı verən təbrizli qızı zindandan ruhi dispanserə köçürüb.

Təbrizin mərkəzi zindanında həbsdə olan Təbriz qızı” kimi tanınan azərbaycanlı etirazçı Röya Zakeri yenidən Təbriz şəhərindəki “Razi” ruhi xəstəliklər dispanserinə köçürülüb.

Azərbaycanlı vəkil Sina Yusifi “X” hesabında  bu barədə paylaşım edərək yazıb:

“Bir müddət öncə həbs olunan və həbs müddətini Təbriz mərkəzi zindanında keçirən Röya Zakeri martın 30-da yenidən Təbrizdəki “Razi” ruhi xəstəliklər dispanserinə köçürülüb. Məlumata görə, o, Xameneiyə ölüm şüarı səsləndirdiyi üçün dispanserdə təhlükəsizlik qüvvələri tərəfindən döyülüb. Onun həyatı təhlükədədir”.

Qeyd edək ki, Röya Zakeri 2023-cü il oktyabrın 15-də Təbrizdə “Xameneyiyə ölüm, diktatora ölüm!” şüarları səsləndirərək molla rejiminin yaratdığı siyasi, sosial və iqtisadi repressiyaya etiraz etmişdi. Bundan sonra rejimin məmurları onu həbs etmişdilər.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fəalı həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Əcəbşer şəhərindən olan azərbaycanlı fəal Sina …

Molla rejimi azərbaycanlı fəal Vəli Zöhrabini qeyri-müəyyən vəziyyətdə həbsdə saxlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəal Vəli Zöhrabini qeyri-müəyyən …