Çərşənbə , Sentyabr 9 2026
azfa

Molla rejimi Xameneyiyə ölüm şüarı səsləndirən Təbrizi qızı hələ də ruhi dispanserdə həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi  Xameneyiyə ölüm şüarı səsləndirdiyinə görə Təbrizin mərkəzi zindanına həbsə saldığı “Təbriz qızı” kimi tanınan Röya Zakeri martın 31-dən etibarən ruhi dispanserdə həbs edib

Molla rejimin ETTELAAT orqanlarının qərarı ilə azərbaycanlı xanım “Razi” ruhi xəstəliklər dispanserində saxlanılır.

Azərbaycanlı vəkil Sina Yusifi dünən “X” hesabında buynunla bağlı yazıb: “Röya Zakeri dispanserdə nəzarət altında olduğu üçün onun vəziyyətini öyrənmək mümkün deyil. İran hökuməti müxalifəti sıxışdırmaq üçün keçmiş sovet dövrünün cəzalarından istifadə etmək istəyir. Buna görə də insanları cəza üçün ruhi xəstəliklər dispanserinə göndərir”.

Sina Yusifi bu vəziyyətə toxunaraq, bildirib ki, Röya Zakerinin həyatı təhlükədidir.

Qeyd edək ki, 31 yaşlı Röya Zakiri Təbrizdə məcburi hicab qaydalarını pozduğuna və Xameneyiyə ölüm şüarı səsləndiriyinə görə “əxlaq polisi” tərəfindən küçədə döyüldükdən sonra müvafiq olaraq təcridxanaya, daha sonra ruhi xəstəxanaya və Təbrizdə rejimin ETTELAAT İdarəsinə aparılmışdı.

Həmçinin yoxlayın

Tramp İrana memoranduma qayıtmayacağını bildirib

GADTB: “Middle East Eye” saytı çərşənbə günü, sentyabrın 9-da, İran İslam Respublikası hökumətinə yaxın iki …

Yəmən hökumət qüvvələri Təiz vilayətinin qərbində irəliləyir: husilərdən bir neçə mövqeyi geri alınıb

GADTB: Yəmənin rəsmi hökumətinə bağlı silahlı qüvvələr bildiriblər ki, Təiz vilayətinin qərbində yerləşən «Əl-Kədəhə» cəbhəsində …