
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Xaqan adına görə azərbaycanlı körpəyə şəxsiyyət vəsiqəsi vermir.
Xaqanın atası mədəni fəal və sənətçi Yunis Mahmudi özünün sosial şəbəkə hesabında yazıb ki, altı aylıq mübarizədən sonra Təbriz məhkəməsi Xaqan adına şəxsiyyət vəsiqəsi vermə barədə qərar qəbul edib.
O həmçinin yazıb: “məhkəmənin rəyi və onun təsdiqi olmasına baxmayaraq yenə də Xaqanıma şəxsiyyətvəsdiqəsi vermirlər”.
Bundan öncə sentyabrın əvvəllərində Yunis Mahmudi özünün sosial şəbəkə hesabında iki ay mübarizədən sonra oğlu Xaqan adına şəxsiyyət vəsiqəsinin verilməsi barədə Təbrizin Ümumi Məhkəməsinin qərar verməyə məcbur olduğunu yazmışdı.
Qeyd edək ki, İran rejimi Azərbaycan Türk Millətini bir millət kimi assimilyasiyaya uğradıb məhv etmək məqsədilə onlara öz övladlarına öz dillərində ad qoymağı qadağan edib.