Cümə axşamı , Dekabr 5 2024
azfa

Molla rejimi yağışlar nəticəsində Urmiya gölünə toplanan az miqdarda suyu öz uğuru kimi qələmə verir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi yağışlar nəticəsində Urmiya gölünə toplanan az miqdarda suyu öz uğuru kimi qələmə verir.

Son bir neçə həftə ərzində baş verən yağıntılar nəticəsində Urmiya gölündə azacıq canlanma müşahidə olunur.

Gölün qurumasının qarşısını almaq istiqamətində vəd edilən tədbirləri həyata keçirməyən hakimiyyət, bunu bərpa layihələrinin nəticəsi kimi qələmə verməyə çalışır.

Bu qəbildən olan təbliğatın davamında İranın Ətraf Mühit Təşkilatının başçısı Əli Səlaciqə oxşar iddia ilə çıxış edib.

O, İran mediasında verdiyi müsahibədə Urmiya gölünün bərpası işlərinin ikinci mərhələsinin başlandığını deyib.

Səlaciqə bundan əvvəl gölün bərpası üçün bir neçə ölkə, o cümlədən Yaponiya ilə əməkdaşlığın nəzərdə tutuluduğunu, ncaq hazırda bununla yalnız İranın əlaqədar qurumlarının məşğul olduğunu bildirib.

Qeyd edək ki, irqçi fars-molla rejimi Urmiya gölünü qəsdən qurudub və etirazlar nəticəsində gölün bərpasına söz versə də buna əməl etməyib.

Quruyan göl isə çox saylı fəsadlara səbəb olub. Artıq göl ətrafə ərazilərdə insanları bir sıra ağır xəstəkilərdən əziyyət çəkdiyi və həyatını dəyişdiyi bildirilir.

Həmçinin yoxlayın

Türkiyə Milli Müdafiə Nazirliyi Suriya hadisələri ilə bağlı açıqlama yaydı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk Suriya …

Güney Azərbaycanın Qəzvin bölgəsindədə aldadılan əhali etiraz aksiyası keçiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Qəzvin bölgəsindədə aldadılan əhali etiraz aksiyası …