Molla rejimi yaxaladığı azərbaycanlı milli fəal Cavad Əhmədi Yekanlını ETTELAAT-ın təcridxanasına köçürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqşi fars-molla rejimi yaxaladığı azərbaycanlı milli fəal Cavad Əhmədi Yekanlını ETTELAAT-ın təcridxanasına köçürülüb

Azərbaycanlı fəal ailəsi ilə qısa telefon əlaqəsində bu barədə məlumat verib.

Güney Azərbaycanın Xoy şəhərindən olan azərbaycanlı milli fəal Cavad Əhmədi Yekanlı oktyabrın 19-da ailəsi ilə qısa telefon danışığında rejimin Urmiyadakı ETTELAAT İdarəsinin təcridxanasına köçürüldüyünü deyib.

Cavad Əhmədi Yekanlının ailəsi məhkəmə və digər aidiyyəti qurumlara müraciət etsələr də, fəalın ittihamı və yaxalanma səbəblərini öyrənə bilməyiblər.

Qeyd edək ki, Cavad Əhmədi Yekanlı oktyabrın 2-də Xoy şəhərindəki ata evində həbs edilib.

 Azərbaycanlı fəal bundan öncə də dəfələrlə dinc milli-mədəni fəaliyyətlərinə görə həbs və təzyiqlərlə qarşılaşıb.

Həmçinin yoxlayın

Avropa Birliyi ölkələri Türkiyədən PUA alır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin PUA sənayesi …

Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır

GADTB: Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Ermənistanın konstitusiyası dəyişməlidir, çünki orada Azərbaycana qarşı birbaşa …