Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Molla rejimi yaxaladığı azərbaycanlı fəalları zaminə buraxmadan mühakimə etməyə çalışır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejim Ərdəbildə yaxaladığı azərbaycanlı fəalları zaminə buraxmadan birbaşa mühakimə etməyə çalışır.

Molla rejiminin Ərdəbildəki müstəntiqi Kamiyar Səlim Ərdəbildə həbs olunan fəalların ailələrini hədələyərək deyib ki, “Övladlarınızı daha gözləməyin, qərarın icrası üçün onların məhkəmə işini İnqilab Məhkəməsinə göndərəcəyəm”.

Qeyd edək ki, yaxalanan azərbaycanlı fəalların yaxınlarının bildirdiyinə görə, Ərdəbildə yaxalanan həmin 7 nəfər milli fəalın həbsindən bir aydan çox vaxt keçməsinə baxmayaraq, müstəntiq Kamiyar Səlim onların ailələrinə dəqiq cavab verməyib və bu məhbusların girov qarşılığında zaminə buraxılmasına icazə verməyib.

Molla rejimi etirazlarla bağlı çox sayda azərbaycanlı fəalı yaxalayıb. Rejim həmçinin yaxaladığı azərbaycanlı fəalları vəhşicəsinə döyüb və işgəncə edib.

Həmçinin yoxlayın

Traxtur klubu irqçi təhqirlərə rəsmi etiraz etdi

GADTB: Azərbaycanın Traxtur futbol klubu “NO TO RACISM” (“İrqçiliyə yox!”) yazısı olan görüntünü rəsmi Instagram …

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …