Çərşənbə axşamı , İyun 18 2024
azfa

Molla rejimi yaxaladığı Təbrizli yeniyetmə Atilla Ərfəini girov qarşılığında zaminə buraxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi yaxaladığı azərbaycanlı yeniyetmə Atilla Ərfəi girov qarşılığında zaminə buraxıb.

16 yaşlı Təbrizli yeniyetmə Atilla Ərfəi 400 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər zaminə buraxılıb.

Molla rejimi azərbaycanlı yeniyetməni şərləyərək “Sosial media vasitəsi ilə vətəndaşları üsyana təhrik etmək”, “Küçə nümayişlərinə başçılıq” və “Ümumi mülkiyyətə ziyan vurmaq”da ittiham edib.

Qeyd edək ki, molla rejimi sentyabrın 21-də həbs etdiyi və asma xəstəliyindən əziyyət çəkən Atilla Ərfəini vəhşicəsində döyərək ağır işgəncələrə məruz qoyub.

Həmçinin yoxlayın

Təbriz əhalisinin vergi pulu ilə alınan metro vaqonları İsfahana aparılıb

GADTB: Təbriz əhalinin vergi pulu ilə alınan Təbriz metrosu üçün alınan metro vaqonları İsfahan şəhərinə …

Sayın Sara xanım Azərsunun İranın azərbaycanlı fəalları ədalətsiz və qapalı mühakimə etməsi ilə bağlı Avstraliya rəsmilərinə müraciətinə cavab gəlib-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) İnsan və …