Molla rejimi yenə Ermənistana dəstəyini nümayiş etdirdi

GADTB: İran xarici işlər nazirinin müavini Məcid Taxt Rəvançi bu gün Ermənistanın Tehrandakı səfiri Qriqor Hakopiyanla görüşüb.

Görüşdə Məcid Təxt Rəvançi İranın Ermənistanın ərazi bütövlüyü ilə bağlı dəqiq mövqeyinə toxunaraq, “İranın regionda geosiyasətinin dəyişməzliyi ilə bağlı mövqeyi aydındır” deyib.

Taxt Revançi Ermənistanla əlaqələrin İranın xarici siyasətində xüsusi əhəmiyyət kəsb etdiyini və bunun üçün bütün ilkin şərtlərin mövcud olduğunu qeyd edib.

Ermənistanın Tehrandakı səfiri Qriqor Hakopiyan isə İran İslam İnqilabının 46-cı ildönümü münasibətilə təbrik edib və deyib: “İranla qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin dərinləşdirilməsi Ermənistan hökuməti və xalqı üçün xüsusi əhəmiyyət kəsb edir”.

Bu görüşdə Ermənistan və İran arasında siyasət, iqtisadiyyat, infrastruktur, enerji və regional inkişaf sahələrində əməkdaşlıq da müzakirə edilib.

Həmçinin yoxlayın

Türkiyə və ABŞ ”F-35” məsələsini müzakirə ediblər

GADTB: Hakan Fidan və Marko Rubio Türkiyənin F-35 proqramına yenidən qoşulması və CAATSA sanksiyalarının ləğvini …

Traxtur tərəfdarları həmin komandanın Alüminiumla oyununa Persepolisçi hakimin təyin edilməsinə etiraz edir

GADTB: Traxtur tərəfdarları Payam Heydərinin “Traxtur”la “Alüminium” oyununa hakim təyin edilməsi və VAR komandasında Hüseyn …