Bazar ertəsi , May 27 2024
azfa

Molla rejimi yeni “nüvə adası”nın tikintisinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi bu ilin payızında Karun atom elektrik stansiyasının “nüvə adasının” tikintisinə başlamağı planlaşdırır. Bu barədə İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami deyib.

Onun sözlərinə görə, Karun AES-in “nüvə adasına” ilk betontökmə işlərinin payızda başlayacağı gözlənilir.

“Nüvə adası”nın bünövrəsinə beton tökmək təkcə reaktor binasının deyil, həm də AES-in bütün enerji blokunun tikintisinə tam başlamaq deməkdir.

Qeyd edək ki, “Nüvə adası” atom elektrik stansiyasında nüvə reaktorunun işləməsini təmin edən bina və tikililər kompleksidir.

Keçən il oktyabrın sonunda İslami bildirmişdi ki, İran ölkənin qərbində 300 MVt enerji gücünə malik Karun AES-in tikintisinə başlayıb.

Hazırda Buşəhrdə Rusiya tərəfinin köməyi ilə tikilən yalnız bir atom elektrik stansiyası var. AES-in birinci bloku 2011-ci ilin sentyabrında İranın milli enerji sisteminə qoşulub. İkinci blokun tikintisi davam etdirilir və üçüncü enerji blokunun tikintisi üçün müqavilə imzalanıb. 2 nömrəli blokun tikintisinə rəsmi olaraq 2019-cu ilin payızında start verilib.

Həmçinin yoxlayın

Sayın Ərsin Tatar sayın Mikayil Oyta və Sara xanım Azərsunun idarə etdiyi radionun efirində-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Sidneydə səfərdə olan Quzey Qıbrıs Türk Cumhuriyyətinin Cumhurbaşqanı …

Molla rejimi azərbaycanlı milli fəalları məhkəmə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsində …