Şənbə , Aprel 26 2025
azfa

Molla rejimi yenidən Zəngəzur dəhlizinə qarşı olduğunu bildirir

GADTB: “İran diplomatiyası” saytı iddia edib ki, İranın xarici siyasəti əsasən ABŞ ilə həssas danışıqlara yönəldiyi halda, Tehran “ağıllı və incə” şəkildə regional münasibətlərinə xüsusi diqqət yetirib və həssas geosiyasi bölgələrdə, xüsusilə Cənubi Qafqazda strateji tarazlığı qorumağa cəhd edib.

Cənubi Qafqaz bölgəsi strateji mövqeyinə və İranla həmsərhəd olmasına görə Tehranın xarici siyasəti üçün misilsiz əhəmiyyət daşıyır.

Saytın yazdığına görə, İran Qafqazda əsas aktor kimi Azərbaycan və Ermənistanla münasibətlərdə balanslaşdırılmış yanaşma nümayiş etdirməklə nəinki ikitərəfli əməkdaşlığı möhkəmləndirməyə çalışır, həm də Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olmasına can atır.

İddiaya əsasən, “mehriban qonşuluq, ərazi bütövlüyünə hörmət və regional əməkdaşlığa əsaslanan bu siyasət İranın qlobal və regional prioritetləri eyni vaxtda idarə etmək bacarığını nümayiş etdirir”.

Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinə dəstək

Nəşr qeyd edib ki, bu günlərdə İran XİN başçısının müavini Məcid Təxt Rəvançi Tehranın Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına dəstək verməyə hazır olduğunu vurğulayıb. Sayt İranın Cənubi Qafqazda hərbi münaqişələrin dayandırılmasına ümid ifadəsi ilə müşayiət olunan bu mövqeyinin guya regional sülh və sabitliyə sadiqliyinin nümayişi kimi qələmə verilib.

Sitat: “Tehranın Cənubi Qafqaz regionunda son vaxtlar diqqətəlayiq addımlarından biri də Norduz bölgəsində İran-Ermənistan birgə hərbi təlimlərinin keçirilməsi olub. SEPAH-ın Quru Qoşunlarının və Ermənistan Silahlı Qüvvələrinin iştirakı ilə baş tutan təlim “Bakıya açıq-aşkar siyasi müsaj verib ki, İran sərhədlərdə istənilən dəyişikliyə, xüsusilə də Zəngəzur dəhlizinə qarşıdır…”./Azad Iran

Həmçinin yoxlayın

Çanaqqala şəhidlərinin nəvələri və ANZAK əsgərlərinin nəvələri Sidneydə görüşüb- Video

GADTB:  Çanaqqala zəfərinin 110-cu ildönümündə Mersin Universitetinin rektoru Prof.Dr.Erol Yaşarın rəhbərliyi ilə həyata keçirilən layihə …

İranın ögey siyasəti nəticəsində Təbrizdə tarixi Sabiləmir meydanı dağılır

GADTB: İrqçi fars-molla rejimin ayrıseçkilik və ögey siyasəti nəticəsində Güney Azərbaycanda tarixi abidələrdən biri olan …