Şənbə , Oktyabr 3 2026
azfa

Molla rejimi yenildiyi görüb yavaş-yavaş Zəngəzur dəhlizi ilə bağlı geri oturur- Video

GADTB: İrqçi fars-molla rejimi yenildiyi görüb yavaş-yavaş Zəngəzur dəhlizi ilə bağlı geri oturur.

Bu gün İran hökumətinin sözçüsü Fatimə Mühacirani mətbuat konfransında Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanmış Zəngəzur dəhlizi (Tramp yolu) ilə bağlı razılaşmaya münasibət bildirib.

F.Mühacirani brifinqdə jurnalistlərin qarşısına İran, Azərbaycan və Ermənistan sərhədlərinin əks olunduğu xəritə ilə çıxıb.

Hökumətin sözçüsü jurnalistlərin suallarını cavablandırarkən deyib ki, Zəngəzur dəhlizi kimi tanınan bu bölgə İran-Ermənistan sərhəd xəttinin yalnız kiçik bir hissəsidir.

“İran üçün bölgədə sabitliyin təmin olunması, ölkələrin ərazi bütövlüyünün qorunması və mövcud suverenliklərin pozulmaması əsas prioritetlərdəndir. Xarici aktorların bölgəyə müdaxiləsi bizi narahat edir və bu prosesləri çox yaxından izləyirik”, – deyə sözçü vurğulayıb.

Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı diplomatik izahatlar verdiyini açıqlayan Mühacirani qeyd edib:

“Media məsələni elə təqdim edir ki, sanki İran bütün şimal sərhədini itirib. Reallıqda bu bizim üçün ciddi sərhəd itkisi anlamına gəlmir”.

Video:

https://t.me/GADTB1/44359

Həmçinin yoxlayın

Azərbaycanlı gənc Əşkan Hilali bir il həbs cəzasına məhkum edilib

GADTB: Azərbaycan türkü Əşkan Hilali Qorvan Əcəbşir şəhər İnqilab Məhkəməsi tərəfindən bir il müddətinə həbs …

Türkiyənin milli “KAAN” qırıcısı sınaq uçuşuna hazırlanır

GADTB: Türkiyənin “TUSAŞ” şirkətinin baş direktoru Məhəmməd Dəmiroğlu bildirib ki, milli “KAAN” qırıcısının yeni prototipi …