GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin məmurları sentyabrın 19-da Zəncan şəhərində yaşayan azərbaycanlı milli-mədəni fəal Fərhad Hüseynini həbs edərək naməlum yerə aparıblar.
Fəalın yaxınlarının bildirdiyinə görə, Hüseyniyə məxsus sosial media kanalları bağlanıb, onun nədə ittiham olunduğu barədə məlumat əldə etmək mümkün deyil.
Qeyd edək ki, irqçi fars-molla rejimi sentyabr ayında Güney Azərbaycanın müxtəlif bölgələrində çox sayda azərbaycanlı fəal həbs edib.