Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Molla rejimi Zəncanın Hidəc bölgəsinin sakini olan azərbaycanlı fəal Mehdi Dadgəri həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Zəncanın Hidəc bölgəsinin sakini olan azərbaycanlı fəal Mehdi Dadgəri həbsə məhkum edib.

Son etirazlarda həbs edilən azərbaycanlı fəal Əbhərdə ikinci cinayət məhkəməsinin 103-cü şöbəsi tərəfindən 4 il, 3 ay, 16 gün həbsə məhkum edilib.

Molla rejiminin məhkəməsi Mehdi Dadgəri “Peyğəmbəri təhqiretmə” ittihamı ilə 3 il, “İctimai rəyi təhrik etmək məqsədilə yalan yayma” ittihamı ilə 15 ay 16 gün həbsə məhkum edib. Bunun isə İslami cəza qanunun 134-cü maddəsinin tətbiqi ilə 3 il icra dilməlidir.

Qeyd edək ki, Mehdi Dadgər keçən il sentyabrın 22-də öz bacısı Səmanə Dadgərlə eyni gündə yaxalanmışdı. Onlar vəsiqə qarşılığında zaminə buraxılmışdılar.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …