Bazar , Sentyabr 20 2026
azfa

Molla rejimiin məmurları Muğanda əhalinin daşqından zərər çəkmiş sakinlərə yardım göstərməsinə mane olurlar- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,  dünən Gərmi şəhərinin polis məmurları su basmış Gərmi və Biləsuvar şəhərinə əhalinin yardımını daşıyan maşınların qarşısını kəsib və maşınların yardım aparmasına mane olublar.

Rejimin məmurları yardımları rejimin Qızıl aypara Cəmiyyətinə təhvil vermələrini istəyiblər. Lakin azərbaycanlı fəallar həmin yardımları nə aqibətin gözlədiyini bildirkləri üçün əhaliyə apardıqları rejimə təhvil verməkdən boyun qaçırıblar.

Azərbaycanlı fəalların təkidindən sonra rejimim yardımları buraxıb və azərbaycanlı fəallar həmin yardımları zərər çəkənllər arasında paylaya biliblər.

Qeyd edək ki, bir müddət əvvəl kəndi sel basıb, evlər, soydaşlarımızın təsərrüfatı məhv olub. Bundan əlavə, Germi və Biləsuvara içməli suyun təchizatı dayanıb. Günlər keçsə də, sakinlərin dərdini dinləyən yoxdur. Güney Azərbaycan ərazilərində daşqınlardan sonra kritik vəziyyət hələ də davam edir.

Molla rejimi hər zaman olduğu kimi, yenə azərbaycanlıların problemlərinə biganə yanaşır, onlara yardım etmir.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …