Molla rejiminə bağlı “Hüseyniyyun” terror qruplaşması “Kərimə Dövlət” adlı kitabın nəşr edib

GADTB: İslam İnqilabı Qvardiyasının xarici əməliyyatlar qolu olan “Qüds” qüvvələrinə bağlı “Hüseyniyyun” terror qruplaşması “Kərimə Dövlət” adlı kitabın nəşr etdiyini elan edib.

Sözdə bu kitabın müəllifi Azərbaycanda İslami idarəçilik diskursunu müvafiq açar sözü olan Kərimə Dövlət ilə izah edir. Lakin sözdə kitab olaraq təqdim edilən və əslində qalın bir broşür olan bu cızma qara, şüubilik düşüncəsinə aid bir sıra şüar və illüziyalardan başqa heç nə ehtiva etmir.

Şiəlik məzhəbini fars etnik maraqlarına saxtalaşdırmış şüubilik ideologiyasının illüziyalarını təkrarlamaqdan başqa heç bir məzmunu olmayan bu qondarma kitab sadəcə terror qruplaşması olan Hüseyniyyun və onun ərbabı olan İran İslam Respublikasının Azərbaycanda hansı məqsədlərin peşində olduğunu anlamaq üçün əhəmiyyətlidir.

Qumda məskunlaşan “Hüseyniyun” terror qruplaşması və onun rəhbərləri əsasən qondarma Talış-Muğan Muxtar Respublikasının qalıqları, din və məzhəb örtüyü altında fars milliyyətçiliyi mənafeyinə uyğun olaraq İranda hökmranlıq edən mürtəce və orta əsr faşizmini Şimali Azərbaycana da yaymaq istəyirlər.

Həmçinin yoxlayın

Türkiyə və ABŞ ”F-35” məsələsini müzakirə ediblər

GADTB: Hakan Fidan və Marko Rubio Türkiyənin F-35 proqramına yenidən qoşulması və CAATSA sanksiyalarının ləğvini …

Traxtur tərəfdarları həmin komandanın Alüminiumla oyununa Persepolisçi hakimin təyin edilməsinə etiraz edir

GADTB: Traxtur tərəfdarları Payam Heydərinin “Traxtur”la “Alüminium” oyununa hakim təyin edilməsi və VAR komandasında Hüseyn …