GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin Şərqi Azərbaycan əyalətindəki Mədəniyyət və İslam İrşad Baş İdarəsi tərəfindən fevralın 25-də Təbrizin Xavəran Beynəlxalq Konfrans Mərkəzində mədəniyyət, incəsənət və media qurumlarının tədbirinin keçirilməsi zamanı Azərbaycanın milli geyiminə görə musiqi ifasına icazə verilməyib.
Məlumata görə, “Barış Art Group”un səhnə çıxışında kişi və qadınlardan ibarət xor qrupu rəhbər şəxslər tərəfindən səhnədən endirilib və onların çıxışının qarşısı alınıb. 20 dəqiqəlik gecikmədən sonra Məsud Əmirsepehrin rəhbərlik etdiyi “Barış” qrupunun musiqiçiləri proqramı xorun iştirakı olmadan ifa etmək məcburiyyətində qalıblar.
Güney Azərbaycanın milli qırmızı libası ilə səhnəyə çıxan qızlardan ibarət xor qrupu tədbirin təşkilatçılarının göstərişi ilə uzun ağ şallar geyiniblər ki, proqram xorun iştirakı ilə davam etsin. Lakin rejimin əlaltıları bua da icazə verməyiblər.