Cümə axşamı , Oktyabr 15 2026
azfa

Molla rejimin Apellyasiya məhkəməsi azərbaycanlı mədəni fəalların bəzisinin həbs qərarını təsdiqləyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Tehrandakı Apellyasiya Məhkəməsinin 36-cı şöbəsində 10 nəfər azərbaycanlı mədəni fəalın apellyasiya şikayətini rədd edərək, ibtidayi məhkəmənin verdiyi ağır həbs cəzasını təsdiqləyib.

İrqçi fars-molla rejimi azərbaycanlı fəallar “casusluq”da, “milli təhlükəsizliyə qarşı fəaliyyət”də, “ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq”da ittiham olunurlar.

Məhkəmənin qərarına görə, Ayaz Seyfxah 14, Araz Aman Zərrinabad 13, Baqir Hacızadə Məzrəə 13, Kərəm Mərdanə Məstəlibəyli 11, Tahir Nəqəvi 6, Salar Tahir Əfşav 5, Mürtəza Pərvin Cuda 6, Həsən İbrahimi 3, Səid Minai Qışlaq 5 və Fatimə Atəş Xiyavinəsəb 5 il azadlıqdan məhrum ediliblər.

Həmçinin azərbaycanlı fəal Murtəza Pərvin üçün həbs 6 ildən 5 ilə endirilib.

Qeyd edək ki, adı çəkilən fəallar 2024-cü ilin fevral ayının 5, 6 və 7-də Xiyav, Ərdəbil, Rəşt, Urmu, Təbriz, Tehran, Kərəc, İslamşəhr, Muğan və Astara şəhərlərində həbs edilərək Tehranın Evin həbsxanasına köçürülüblər.

Azərbaycanlı fəallardan bəziləri isə dindirildikdən sonra girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılsalar da, əksəriyyəti həbsdə saxlanılıb.

Həmçinin yoxlayın

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …