Bazar , Dekabr 15 2024
azfa

Molla rejimin aviasiya şirkətinin “Ata” Hava Yolları Şirkətinə türkcə sərnişinlərinə qarşılamasını qadağan etməsinə etiraz

GADTB: Azərbaycanlı deputatlar irqçi fars-molla rejimin aviasiya şirkətinin “Ata” Hava Yolları Şirkətinə türkcə sərnişinlərinə qarşılamasını qadağan etməsinə etirazediblər.

Ruhullah Mütəfəkkir Azad və Əlirza Novin bununla bağlı molla rejimin məclisində  çıxış ediblər.

“Bəziləri həddindən artıq ifratçılıq edir, keşişdən daha çox xristian olmağa çalışırlar. Azərbaycanlı sərnişinlərə türk dilində “xoş gəlmisiniz” demək cinayət deyil, biz İran Hava Yolları Şirkətinin məsələ ilə bağlı yanaşmasından narazıyıq və bunu diqqətdə saxlayacağıq”, – Ruhullah Mütəfəkkir Azad deyib.

Təbrizin İran parlamentindəki başqa nümayəndəsi Əlirza Novin də türk dilinə qarşı münasibəti tənqid edib. Millət vəkili məsələnin araşdırılmasını, Təbrizə uçan təyyarələrdə qonaqların türk dilində salamlanmasına qadağanın həqiqət olduğu təqdirdə bunun parlamentdə müzakirəyə çıxaracağını söyləyib.

Qeyd edək ki, bir neçə gün əvvəl “Ata” aviaşirkətinin Tehrandan Təbrizə uçan təyyarəsində bələdçi qonaqları türk dilində salamlayıb. Bu, mediada geniş rezonans doğurub və fars millətçiləri bunu separatçılığın təbliği kimi qələmə veriblər.

Bundan sonra İran Hava Yolları Şirkəti Təbrizə uçan təyyarələrdə qonaqların türk dilində salamlanmasına qadağa qoyub.

Həmçinin yoxlayın

Türkiyənin Suriyadakı səfirliyi açıldı

GADTB: Türkiyənin Suriyadakı səfirliyi 12 il 9 aya yaxın müddətdən sonra rəsmən fəaliyyətini bərpa edib. …

İranın zəifləməsinin açarı Türkiyədir

GADTB:  “Türkiyə İranın zəiflədilməsi və Ukraynadakı müharibənin başa çatdırılması üçün açardır”. Bunu ABŞ-ın BMT-dəki keçmiş …