GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Marko Polonun gecələdiyi Təbrizin tarixi Dəvəçi Karvansarası irqçi fars-molla rejimin ayrı-seçkilik siyasəti nəticəsində baxımsız vəziyyətdə buraxılıb.
Vaxtilə Azərbaycanın memarlıq incilərindən sayılan tarixi abidə bu gün hakimiyyətin diqqətsizliyi nəticəsində narkomanların sığınacağına çevrilib.
Təbrizin 10-cu bölgəsinin bələdiyyəsi tarixi abidənin bərpası və qorunması ilə bağlı müraciətləri cavabsız qoyub.
Qeyd edək ki, Dəvəçi karvansarayı məşhur italiyalı səyyah Marko Polonun Təbrizə səfəri zamanı qaldığı yer olub. Belə tarixi abidə əgər farslar yaşayan şəhərlərdə olsaydı, molla rejimi onu bərpa edib turistlərin ziyarətinə sunardı. Lakin Azərbaycanda olduğu üçün özbaşına buraxılıb ki, dağılıb getsin.
Video: