Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Molla rejimin Culfadakı Vətəndaşlıq Qeydiyyatı idarəsi azərbaycanlı körpəyə Əlihan adına doğum şəhadətnaməsi vermir

GADTB: İrqçi fars-molla rejimin Culfadakı Vətəndaşlıq Qeydiyyatı idarəsi Əlihan adına görə azərbaycanlı körpəyə doğum şəhadətnaməsi verməkdən imtina edir. Nəticədə 85 gündür ki, azərbaycanlı körpə sənədsiz qalıb.

Azərbaycanlı körpənin atası Balamın Adı kampaniyasına bu barədə deyib: “Oğlumu 2025-ci il iyunun 2-də dünyaya gəlib və biz ona Əlihan adını seçmişik. Ancaq Culfa Əyalət Qeydiyyatı Müdirliyi rəsmiləri bizə bildirdilər ki, bu ad seçim sistemində yoxdur və türkcə-ərəbcə olduğu üçün seçə bilməzsiniz. Ona görə də biz məsələni məhkəmə yolu ilə davam etdirməyə məcbur olduq. Təəssüf ki, üstündən 3 aya yaxın vaxt keçməsinə baxmayaraq, məhkəmənin vaxtı hələ təyin olunmayıb, övladımızın daha neçə ay doğum haqqında şəhadətnaməsiz qalacağı məlum deyil.”

İranda doğum haqqında şəhadətnaməsi olmayan uşaqlar bir sıra imtiyazlardan, süd tozu payından, pulsuz peyvənddən yararlana bilmirlər. Bundan başqa, xəstəxanalar kimlik sənədi olmayan uşaqları qəbul etməkdən imtina edirlər. Beləliklə, İranda əhalinin mövcud ağır sosial durumu səbəbindən bir çox ailələr tez bir zamanda doğum haqqında şəhadətnamə ala bilmək üçün türkcə olmayan adlar seçməyə məcbur olurlar.

Qeyd edək ki, ekspertlər hesab edirlər ki, bu ayrı-seçkiliyə son qoymağın yolu “Vətəndaşlıq qeydiyyatı haqqında” qanunun 20-ci maddəsinə dəyişiklik etməklə “valideynlərin adını seçmək hüququ”nun təmin edilməsindən keçir.

İrqçi fars-molla rejimi Azərbaycan türklərinə öz övladlarına öz dillərində ad qoymağı qadağan etməklə, bu millətin milli kimliyiniu məhv etməyi qarşıya məqsəd qoyub.

Həmçinin yoxlayın

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …

Təftanda silahlı şəxslərin pusqusunda Fətimiyyun terrorçularının 20-dən çox üzvü öldürülüb və ya yaralanıb

GADTB: Həl-Vəşin məlumatına görə, bu gün, 13 oktyabr 2026-cı il, çərşənbə axşamı, Təftan rayonunun “Çah-Əhməd” …