
GADTB: Xameneinin ölümündən sonra İranın rəhbəri vəzifəsini müvəqqəti icra edən Əlirza Ərafi İsrailə qarşı növbəti hücumun ediləcəyini bəyan edib.
Bununla bağlı, o, “X” hesabında videogörüntü paylaşıb.
Əlirza Ərafinin “X” hesabı zorakı çıxış və təhdidlərlə bağlı qaydaları pozduğuna görə bağlanıb.
Eyni zamanda İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ ilə mümkün danışıqlarla bağlı yayılan məlumatlara münasibət bildirib.
Daha əvvəl “The Wall Street Journal” qəzeti rəsmilərə istinadən yazmışdı ki, Laricaninin Vaşinqtonla danışıqları bərpa etmək təşəbbüsü Oman Sultanlığından olan vasitəçilər tərəfindən irəli sürülüb.
Bu iddialardan sonra Laricani “X” hesabında paylaşım edərək bildirib: “Biz ABŞ ilə danışıqlar aparmayacağıq”.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi