Cümə , Sentyabr 13 2024
azfa

Molla rejimin edama məhkum etdiyi azərbaycanlı işçi fəalına görə 31 təşkilat birgə bəyanat yaydı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranda İnsan Haqları Təşkilatı – HRANA və 30 digər insan haqları təşkilatı birlikdə Rəşt şəhərindəki Lakan zindanında saxlanılan güneyli İşçi Hərəkatı fəalı Şərifə Məhəmmədiyə çıxarılan edam hökmünü pisləyən birgə bəyanat yayıb.

Bu barədə insan haqları təşkilatlarının media hesablarında məlumat verilib.

İran və başqa bir neçə ölkədən olan insan haqları qurumlar Şərifə Məhəmmədi barədə irəli sürülən ittihamların əsassız olduğunu yazıb, onun edam hökmünün ləğv edilməsini və sərbəst buraxılmasını tələb ediblər.

Bəyanat müəllifləri, məhkəmənin işçi hərəkatı fəalına qarşı ədalətsiz qərarını Tehran hökumətinin hüquqlarını tələb edən qadınlara qadınlara qarşı münasibətinin nümunəsi kimi dəyərləndirib, qadınların hüquqlarının pozulmasına son qoymağı istəyiblər.

Qeyd edək ki, 5 dekabr 2023-cü ildə həbs edilən Şərifə Məhəmmədi  “xaricdə sistemə müxalif olan təşkilata üzv olmaq” ittihamına görə edama məhkum edilib.

Bəyanatı yayan insan haqları təşkilatlarının siyahısı:

Association for the Human Rights of the Azerbaijani People in Iran- AHRAZ/ Iran

Bihryiat / East Africa

Center for Egyptian Women’s Legal Assistance/ Egypt (مؤسسه قضایا المرأه المصریه)

Channel Foundation/ USA-Global

Collaborative for Peace/ Sudan

Daughter of the Nil Organization/ Egypt (مؤسسه بنت النیل)

Digital Democracy Now

Doria Feminist Fund/ Lebanon

Fe-Male Feminist Collective/ Lebanon

Femena/ SWANA Region

Frontline Defenders/ Global

HalTek / Lebanon

Harassmap/ MENA

Human Rights Activists in Iran (HRA)/ Iran

Initiative to Eliminate Statelessness/ Syria

Kurdistan Human Rights Association-Geneva (KMMK-G)/ Iran

Miaan Group

New Woman Foundation/ MENA

Noon Feminist Movement/ Sudan

Peace Track Initiative (PTI)/ Yemen & Canada

Women’s Social and Psychological – Counseling Center/ Palestine

Siamak Pourzand Foundation (SPF)/ Iran👇👇👇

Syrian Female Journalists Network/ Syria

Syrian feminist lobby/ Syria

Takatoat/ Jordan

Women for Women Human Rights/ Turkiye

Women Living Under Muslim Laws (WLUML)/ Global

World Organization Against

Torture (OMCT)/ Global

Youth and Justices Lab at Carleton University

KURDPA/ Iran

Sudanese Journalists Syndicate (نقابه الصحفیین السودانیین)

Həmçinin yoxlayın

Suriya mediası: İsrail ölkənin dərinliklərinə qoşun yeritdi və iran silahlıları əsir götürdü

GADTB: Sentyabrın 9-na keçən gecə İsrail qırıcıları Suriyanın mərkəzindəki Həma əyalətinin Məsyaf bölgəsinə enərək quru …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Reaksiya TV”-də “Pezeşkian ümidləri doğruldacaqmı?” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …