Cümə , Oktyabr 4 2024
azfa

Molla rejimin edama məhkum etdiyi azərbaycanlı xanımın anası video müraciət yayıb-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irq,i fars-molla rejimin mədəni fəaliyyətlərinə görə edama məhkum etdiyi azərbaycanlı xanımın anası video müraciət yayıb.

Rəşt şəhərinin Lakan həbsxanasında həbsdə saxlanılan və edama məhkum edilən azərbaycanlı işçi hərəkatı fəalı Şərifə Məhəmmədinin anası video müraciət yayaraq, qızının uşaq vaxtı ona oxuduğu türkcə şeiri oxuyub, onun günahsız olduğunu və şərlənərək həbs edildiyini bildirib.

Azərbaycanlı fəalın anası insan haqları tışkilatlarını və beynəlxalq qurumları Şərifə Məhəmmədinin edam cəzasına qarşı çıxmalarını istəyib.

Fəalın qohumları da ona azadlıq tələb ediblər.

Qeyd edək ki, 5 dekabr 2023-cü ildə həbs edilən Şərifə Məhəmmədi  “xaricdə sistemə müxalif olan təşkilata üzv olmaq” ittihamına görə edama məhkum edilib.

Video:

https://t.me/GADTB1/37170

Həmçinin yoxlayın

Litva da Sepah-ı terror təşkilatı elan etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Litva parlamenti İran İslam İnqilabı Keşikçiləri Korpusunu (Sepah) …

İlham Əliyev: Ermənistan təhlükəli oyunlara qoşulub

GADTB: Ermənistan təhlükəli oyunlara qoşulub, İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmasın. Onların yadından çıxmasın …