Şənbə , İyul 11 2026
azfa

Molla rejimin ETTELAAT məmurları azərbaycanlı milli fəal Vəhid Əbhərini hədələyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin ETTELAAT məmurları azərbaycanlı milli fəal Vəhid Əbhərini hədələyir.

Vəhid Əbhəri dünən “İnstagram” hesabında Təbrizdə ETTELAAT  İdarəsinin ona zəng etməsini paylaşaraq bildirib ki, onu hədələyərək sözügedən idarəyə getməsini tələb ediblər.

Məlumata görə, ötən gün bir çox azərbaycanlı milli fəal Təbrizdə telefon zəngləri ilə hədələnərək, qanunsuz olaraq rejimin ETTELAAT İdarəsinə çağırılıb.

Qeyd edək ki, azərbaycanlı fəal Vəhid Əbhəri dəfələrlə rejimin ETTELAAT İdarəsi tərəfindən həbs və təzyiqləri ilə qarşılaşıb.

Həmçinin yoxlayın

ABŞ-ın maliyyə naziri: Xamenei şəbəkəsinin aktivlərini İran xalq üçün qoruyacağıq

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent Müctəba Xamenei ilə əlaqəli maliyyə şəbəkəsi və iş adamı …

İranda bu il minlərlə qadın saxlanılıb

GADTB: İranda insan haqları təşkilatı – HENGAW verib ki, 2026-cı ilin ilk yarısında İranda 5 …