Bazar , Oktyabr 18 2026
azfa

Molla rejimin ETTELAAT məmurları Hüseyn Hacızadəni həbs edib

GADTB: İrqçi fars-molla rejimin Salmasdakı ETTELAAT İdarəsinin məmurları azərbaycanlı fəal Hüseyn Hacızadə həbs edib.

ETTELAAT İdarəsinin vətəndaşların mobil telefonlarını müsadirə etdiyini bilən Hüseyn Hacızadə telefonu məmurların əlinə düşməsin deyə onu qabaqcadan sındırıb.

Həbsdən sonra məmurlar onu Salmasda ETTELAAT İdarəsinə təhvil veriblər və dindirilmə zamanı o ağır fiziki işgəncələrə məruz qalıb.

Məlumatlı mənbələrin bildirdiyinə görə, məmurlar Hüseyn Hacızadəyə təpiklə zərbələr endirib, nəticədə o, başından və bədəninin digər nahiyələrindən ağır xəsarətlər alıb, eyni zamanda onun başına on bir tikiş vurulub.

Hüseyn Hacızadə həmin gecə azadlığa buraxılsa da, azadlığa çıxmazdan əvvəl məmurlar onu hadisəni ictimailəşdirəcəyi təqdirdə daha sərt tədbirlərlə hədələyiblər. O, hazırda tibbi yardım alır, ona və ailəsinə isə təzyiqlər davam edir.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …