
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin ETTELAAT qüvvələri “Traxtur” komandasının qadın tərəfdarlarına qarşı casuslar göndərir.
Komandanın bəzi tərəfdarları bildiriblər ki, gizli sızmış şəxslər qadın tərəfdarların şəkillərini və videolarını çəkərək onlara qarşı dosye açırlar. Tamaşaçı formasında tərəfdarlar arasında yer alan bu şəxslər təhlükəsizlik qüvvələrinin göstərişi ilə tərəfdarların şüarları və davranışlarını qeydə alırlar.
Tamaşaçılar bildirirlər ki, müxtəlif məqamlarda ETTELAAT işçilərinin göstərişi ilə bu şəxslər tərəfdarların davranışlarını, şüarlarını izləyir, bəzi hallarda isə onları təhdid edirlər.