Cümə axşamı , Aprel 24 2025
azfa

Molla rejimin Evin həbsxanasında həbsdə saxladığı azərbaycanlı fəalların həbsi 15-ci aya keçir

GADTB: İrqçi fars-molla rejimin ETTELAAT qüvvələri tərəfindən həbs edilən Araz Aman, Mürtəza Pərvin, Tahir Nəqəvi, Baqir Hacızadə, Əbdüləziz Əzimi Qədim, Ayaz Seyfxah və Kərəm Mərdanə həbsi 15-ci aya keçir.

Araz Aman 23 Mart 2025-cü ildən Azərbaycan millətini Novruz bayramı münasibətilə təbrik etdiyi və mübarizənin davam etdirilməsini vurğuladığı üçün ailəsinə zəng etmək hüququndan məhrum edilib.

Ayaz Seyfxah və Əbdüləziz Əzimi Qədim isə 2025-cü il martın 2-dən fəallara qarşı irəli sürülən yalan ittihamlara etiraz olaraq aclıq aksiyası keçirirlər.

Qeyd edək ki, Evin həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəallar arasında Vədud Əsədi, Aydın Məhəmmədi, Abdullah Vahidi və Salar Tahir Əfşar da var.

Hüquqi proseslərə baxmayaraq, Tehran Əyalətinin Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi hakim Sələvatinin çıxardığı hökmləri tam şəkildə təsdiqləyib və indiyədək fəallardan heç biri zaminə və müvəqqəti azadlığa çıxmaq hüququndan istifadə edə bilməyib.

Həmçinin yoxlayın

Ermənistan barışığa xidmət edən addımlarımıza qarşı çıxır

GADYB: Qərbi Azərbaycan İcması Ermənistanın dağıdıcı addımları ilə bağlı bəyanat yayıb:  Bəyanatda deyilir ki, bu …

Ermənistan terror təşkilatına 235 milyon ayırdı

GADTB: Ermənistan hökuməti fəaliyyətinin davamlılığını təmin etmək üçün “Yerkrapa” Könüllülər İttifaqına (terror təşkilatı) 234 milyon …