Çərşənbə , Noyabr 11 2026
azfa

Molla rejimin Evin Həbsxanasında həbsdə saxladığı azərbaycanlı vəkil və siyasi məhbus Tahir Nəqəvi aclıq aksiyası keçirir

GADTB: İrqçi fars-molla rejimin Tehranın Evin həbsxanasında həbsdə saxladığı azərbaycanlı vəkil və siyasi məhbus Tahir Nəqəvi 27 oktobr 2025-ci il tarixindən bəri aclıq eyləminə başlayıb.

Aclıq aksiyası həbsxana rəsmilərinin və kəşfiyyat işçilərinin onun ağır fiziki vəziyyətinə laqeydliyinə etiraz olaraq keçirilir.

Tahir Nəqəvinin yaxınlarının sözlərinə görə, o, onurğasının altı hissəsində sınıqlardan əziyyət çəkir, bu məsələ həbsxananın özündə aparılan MRT müayinəsi ilə də təsdiqlənib.

Bundan əlavə, azərbaycanlı fəalın sidik kisəsində və prostat nahiyəsində kütlə aşkar edilib və son on gündür ki, o, hemoroid səbəbindən kəskin ağrı və qanaxma yaşayır.

Qeyd edək ki, Tahir Nəqəvinin kritik fiziki vəziyyətinə və təkrarlanan sağlıq problemlərinə, ailəsi və digər məhbuslar tərəfindən göndərilən çoxsaylı məktublara baxmayaraq, həbsxana daxilində heç bir effektiv müalicə təmin edilməyib, ona tibbi məzuniyyət və ya şərti azadlıq verilməyib.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …