Bazar ertəsi , Yanvar 20 2025
azfa

Molla rejimin Evin zindanında həsbdə saxladığı azərbaycanlı fəalların həbsindən 11 ay keçir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Evin zindanında həsbdə saxladığı azərbaycanlı fəalların həbsindən 11 ay keçir.

Azərbaycanlı milli fəallardan Ayaz Seyfxah, Araz Aman, Murtaza Pərvin, Tahir Nəqəvi, Hüseyn Piri, Baqir Hacızadə və Əbdüləziz Əzimi Qədiminin bədnam Evin zindanında saxlanılmasının üzərindən 11 ay ötür.

Məlumata görə, adları çəkilən güneylilər və digər gənc fəallar Güney Azərbaycanın müxətlif şəhərlərində, eləcə də Tehranda məhkəmə qərarı olmadan həbs ediliblər. Fəallar “daxili və xarici təhlükəsizliyə qarşı cinayət törətmək üçün toplaşmaq və sövfələşmək”, “dövlət quruluşuna qarşı təbliğat aparmaq” və “casusluq”da günahlandırılıblar.

Qeyd edəkki, azərbaycanlı fəallar Araz Əman, Ayaz Seyfxah, Ayda Sadiqi Xorasanlı, Aydın Məhəmmədi, Əmir əli Bəradəran, Baqer Hacızadə, Behnam Babaşpur Muğanlı, Cəfər Məhəmmədi, Həsan İbrahimi, Hüseyn Piri, Rəhman Hüseynzadə, Salar Tahir Əfşar, Səid Camalzadə, Səid Dustan, Səid Minai Qışlaq, Sohilə Əsgəri, Tahir Nəqəvi, Əli Eşqi, Əlirza Şirzad Kuçnaqi, Fatimə Atəşi Xiyavi, Kəramət Ruhnəvaz, Kərəm Mərdanə, Kəmal Nuri, Lütfəli Cabbari, Murteza Pərvin, Vədud Əsədi və Yaşar Hüseynzadə kəşfiyyat qüvvələri tərəfindən Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən Tehranda məhkəmə qərarı verilmədən həbs edilmişlər.

Həmçinin yoxlayın

Molla rejimin Apellyasiya Məhkəməsi həbsdə saxladıqları azərbaycanlı vəkilə verdikdləri həbs cəzasını qüvvədə saxlayıblar

GADTB: irqçi fars-molla rejimin Apellyasiya Məhkəməsi həbsdə saxladıqları azərbaycanlı vəkilə verdikdləri həbs cəzasını qüvvədə saxlayıblar. …

Türkiyənin “Bayraktar TB3” PUA-sından yeni uğur

GADTB: Türkiyənin “Baykar” şirkəti tərəfindən istehsal edilən “Bayraktar TB3” silahlı PUA  “PT-3” və “MAM-T” tipli …