Çərşənbə , Oktyabr 14 2026
azfa

Molla rejimin Evin zindanında həbsdə saxladığı azərbaycanlı milli fəalların qeyri-müəyyən vəziyyətdə həbs müddətini bir ay uzadıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqç fars-molla rejimi Evin zindanında həbsdə saxladığı azərbaycanlı milli fəalların qeyri-müəyyən vəziyyətdə həbs müddətini bir ay uzadıb.

Dünən səhər saatlarında Evin həbsxanasında həbsdə olan türk milli fəal Əzimi Qədim ailəsi ilə qısa telefon zəngi zamanı Evin həbsxanasında özünün və digər həbsdə olan azərbaycanlı fəalların həbs qətimkan tədbirinin daha bir ay uzadıldığını açıqlayıb.

Əzimi ailəsinə deyib: Dəlillər göstərir ki, zaminə buraxılma qərarına baxmayaraq, rejimin qüvvələri azərbaycanlı fəalların azadlığa buraxılmasına mane olur və hökm çıxarılana qədər onların qanunsuz həbsini təxirə salmaq niyyətindədirlər.

Bu səsli çağırışda Əzimi Qədim təhlükəsizlik qurumlarının bu qanunsuz qərarlarına etiraz olaraq digər türk fəallarla birlikdə kütləvi aclıq aksiyası keçirəcəklərini açıqlayıb.

Baqir Hacızadə, Ayaz Seyfxah, Kamal Nuri, Araz Aman, Əzimi Qədim, Hüseyn Piri, Tahir Nəqəvi, Kərəm Mərdanə, Murtəza Pərvinin rejimin ETTELAAT qüvvələri tərəfindən bu günə qədər həbs olunduqdan 3 aydan çox vaxt keçib. Lakin onlar hələ də qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılırlar.

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …