Cümə , Oktyabr 4 2024
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı boksçu Kərim İsmailzadə azadlığa buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı boksçu Kərim İsmailzadə azadlığa buraxılıb.

İsmailzadənin aiıəsinə yaxın mənbələrin bildirdiyinə görə, milli fəalın səhhətində ciddi problemlər var.

Güney Azərbaycanın idmançısı və milli fəalı Kərim Bokser aprelin ortalarında səhər saatlarında Təbrizdə həbs edilib və 6 aylıq cəzasını çəkmək üçün Təbriz zindanına köçürülmüşdü.

Ekoloji sahədə fəallıq göstərən və maarifləndirmə işini aparan Kərim İsmailzadə İran ETTELAAT nazirliyinin hesabatı və göstərişi, rejimin Təbrizdəki prokurorluğunun məhkəməyə verdiyi şikayət əsasında 6 ay müddətinə həbs edilmişdi.

Həmçinin yoxlayın

Litva da Sepah-ı terror təşkilatı elan etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Litva parlamenti İran İslam İnqilabı Keşikçiləri Korpusunu (Sepah) …

İlham Əliyev: Ermənistan təhlükəli oyunlara qoşulub

GADTB: Ermənistan təhlükəli oyunlara qoşulub, İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmasın. Onların yadından çıxmasın …