Bazar ertəsi , May 19 2025
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı fəal Kərim İsmayılzadə iki ay sonra ailəsi ilə əlaqə saxlaya bilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı fəal Kərim İsmayılzadə iki ay sonra ailəsi ilə əlaqə saxlaya bilib.

Təbriz zindanında həbsdə saxlanılan azərbaycanlı fəal Kərim İsmayılzadə iki aylıq qapalı həbsdən sonra ailəsi ilə telefon vasitəsilə əlaqə saxlayıb.

Azərbaycanlı fəal telefon danışığı zamanı fiziki sağlamlığından arxayın olduğunu bildirsə də, bu müddət ərzində çəkdiyi mənəvi-psixoloji gərginlik və təzyiqlər haqqında ailəsini məlumatlandırıb.

Kərim İsmayılzadənin ailəsinə yaxın mənbələrin bildirdiyinə görə, o, bu iki ayı əsasən təkadamlıq kamerada və məhbusların təzyiq şəraitində saxlanıldığı Təbriz zindanının xüsusi təhlükəsizlik hissəsində keçirib.

Qeyd edək ki, irqçi fars-molla rejimi son zamanlar azərbaycanlı siyasi məhbuslara qarşı təzyiqləri artırıb. Təzyiq vasitəsi kimi məhbusların ailələri ilə ünsiyyəti məhdudlaşdırılır və onlar təkrar-təkrar dindirilirlər.

Həmçinin yoxlayın

Şirazda Qaşqay türkləri “Traxtur” komandasının qələbəsi ilə bağlı möhtəşəm şənlik qeyd ediblər

GADTB: Molla rejimin məmurlarının Şirazın Çəmran bulvarında şənlik mərasimi keçirilməsinə mane olmasına baxmayaraq, Qaşqaylar şənlik …

ABŞ dövlət katibi: “İranın nüvə silahı və ya İsraili təhdid etmək imkanı olmamalıdır”

GADTB: Dünən ABŞ dövlət katibi Marko Rubio vurğulayıb ki, Vaşinqtonun İranla bağlı siyasətinin son məqsədi …