Molla rejimin həbs etdiyi azərbaycanlı fəala atası ilə görüşə icazə verilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, iqrçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı sənətçi və fəal Mürtəza Pərvinə 1 aydan sonra marın 18-də atası ilə bir neçə dəqiqəlik görüşə icazə verilib.

Azərbaycanlı fəal həbsdə olduğu Tehran şəhəri Evin Həbsxanasında görüşü zamanı bel nahiyəsi diskində kəskin ağrılar olduğunu, həmçinin həbsxananın 209 saylı təcridxanasında 11 nəfər cinayətkarın saxlanıldığı karantın bölməsinə köçürüldüyünü deyib.

Azərbaycanlı fəal və sənətçinin vəziyyətinin 15 günlük aclıq aksiyası keçirdiyinə görə pisləşdiyi bildirilir.

Qeyd edək ki, irqçi fars-molla rejimi Ərdəbildə azərbaycanlı fəal Murtəza Pərvini həbs etməyə cəhd etmişdi. Bu məqsədlə molla rejiminin məmurları oktyabrın 27-də Ərdəbildə heç bir məhkəmə qərarı olmadan azərbaycanlı milli fəal Mürtəza Pərvinin ata evinə hücum edib və axtarış aparmışdılar.

Azərbaycanlı fəal özü evdə olmadığına üçün məmurlar fəala məxsus şəxsi əşyaları, o cümlədən kompüter və onun kitablarını müasdirə edərək, özləri ilə aparıblar.

İrqçi fars-molla rejimin Ərdəbildəki ETTELAAT məmurları ondan neçə gün öncə Ərdəbildə azərbaycanlı milli fəal Murtəza Pərvinə zəng edərək onun ETTELAAT İdarəsinə çağırmışdılar.

Lakin Murtəza Pərvin bunun qanunsuz olduğunu və məhkəmə tərəfindən rəsmi çağırış göndərilmədiyini tələb edərək, ETTELAAT İdarəsinə getməkdən imtina edib.

Azərbaycanlı fəal bundan öncə də dəfələrlə təzyiqlərə məruz qalmışdı. O, 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan ordusuna dəstək və İranın Ermənistana yardımlarına etiraz aksiyasında iştirak etdiyinə görə, Ərdəbilin Ciral parkında yaxalanmışdı.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fəalları məhkəmə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsində …

Azərbaycan fəal Əsgər Fərəcinin Evin zindanında son durumu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Evin zindanında cəza çəkən azərbaycanlı fəal Əsgər Fərəci …