Molla rejimin həbs etdiyi azərbaycanlı işçi fəalı aclıq aksiyası keçirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Tehranın Evin zindanında həbsdə saxlanılan və səhhəti ağır olan azərbaycanlı İşçi Hərəkatı fəalı Rza Şəhabi açlıq aksiyasına başlayıb.

Tehran və Şəhərətrafı Avtobus Sürücüləri Həmkarlar İttifaqının məlumatına görə, Rza Şəhabi hökumətin repressiv addımlarının və ayrı-seçkiliyin davam etdirilməsinə etiraz olaraq aclıq aksiyası keçirir.

Həkimlər Rza Şahabinin təcili şəkildə həbsxanadan qıraq xəstəxanada boyun və belindən əməliyyat olunmasını tövsiyə etsələr də, ədliyyə sistemi və həbsxana rəhbərliyi buna icazə vermir.

Qeyd edək ki, 2022-ci il mayın 12-də həbs edilən fəal əslən Güney Azərbaycanın Şəbistər şəhərindəndir.

O, “hökumətə qarşı təbliğat” və “ökənin milli təhlükəsizliyinə xələl gətirmək üçün toplaşmaq və əlbir olmaq”da ittiham edilərək, 6 il azadlıqdan məhrum edilib.

Həmçinin yoxlayın

Azərbaycan Ermənistanda artan sürətli hərbiləşmədən narahat olduğunu bildirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə …

Türküstanda “Birləşdik-2024” hərbi təlimi davam edir

GADTB: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, …