Şənbə , Aprel 19 2025
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəalın sağlıq durumu pisləşib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı milli fəalın sağlıq durumu pisləşib.

Azərbaycanlı milli fəal Salar Tahir Əfşarın həbsindən iki həftəyə yaxın vaxt keçməsinə baxmayaraq, yalan və əsassız ittihamlar onun ürək xəstəliyini daha da gücləndirib.

Eyni zamanda məhkəmə prosesində uyğunsuzluqlar da azərbaycanlı fəalın yaxınları arasında narahatlığa və həbsin əsas səbəbləri ilə bağlı qeyri-müəyyənliyə səbəb olub.

Qeyd edək ki, həbsindən bir neçə gün sonra martın 2-də 5 illik həbs cəzasının icrası ilə bağlı rəsmi bildiriş yayılsa da, Təbriz zindanındakı məhkəmə orqanlarının davranışı bu azərbaycanlı milli fəala qarşı yeni saxta işin açılmasının mümkünlüyündən xəbər verirdi.

Həmçinin yoxlayın

MOSSAD rəhbəri İrana görə Uitkofla görüşə gedir

GADTB: MOSSAD-ın direktoru David Barnea və İsrailin strateji işlər naziri Ron Dermer ABŞ-ın Yaxın Şərq …

May Sato İranda siyasi məhbuslarla bağı xəbərdarlıq etdi

GADTB: BMT-nin İran üzrə xüsusi məruzəçisi May Sato Tehranın Evin həbsxanasında saxlanılan və edam üçün …