Cümə axşamı , Dekabr 5 2024
azfa

Molla rejimin həbs etdiyi fəalın qardaşı: “Yürüş barəsində paylaşdığımız xəbərlərə görə onun həbsi uzadılır”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irçi fars-molla rejimin həbs etdiyi Yürüş Mejrəlibəylinin qardaşı Yılmaz, qardaşının həbs müddətinin artırılması ilə bağlı video paylaşıb.

2 aydan artıqdır ki, molla rejimin ETTELAAT İdarəsi tərəfindən həbsdə olan tanınmış azərbaycanlı milli fəal Yürüş Mehrəlibəylinin qardaşı Yılmaz Mehrəlibəyli “İnstagram” hesabında qardaşı ilə bağlı video paylaşaraq deyib: “Bu gün yenidən Prokurorluğa getdik, orada işə baxan müstəntiq bizə dedi ki, Yürüş barədə xəbərləri sosial mediada paylaşmamalısınız. Onunla bağlı məlumatların işıqlandırılması Tehrandan bizə təzyiqlərin edilməsinə səbəb olur və biz də qardaşınızın həbs müddətini uzatmalı oluruq”.

Yılmaz Mehrəlibəyli habelə qardaşının ETTELAAT İdarəsinin təcridxanasında işgəncələrə məruz qalmasına toxunaraq, ailəsinin onun barəsində narahatlığını bildirib.

Qeyd edək ki, Yürüş Mehrəlibəyli keçən il noyabrın 7-də Culfa şəhərində rejimin ETTELAAT qüvvələri tərəfindən tutularaq Təbrizdə rejimin ETTELAAT İdarəsinin təcridxanasına köçürülüb.

Həmçinin yoxlayın

Türkiyə Milli Müdafiə Nazirliyi Suriya hadisələri ilə bağlı açıqlama yaydı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk Suriya …

Güney Azərbaycanın Qəzvin bölgəsindədə aldadılan əhali etiraz aksiyası keçiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Qəzvin bölgəsindədə aldadılan əhali etiraz aksiyası …