Cümə axşamı , Aprel 24 2025
azfa

Molla rejimin həbs etdiyi Müctəba Abdulinin vəziyyətindən heç bir məlumat verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beynəlxalq Ana Dili Günündə türkcə kitab paylağına görə həbs edilən Ucan şəhərində yaşayan azərbaycanlı fəal Müctəba Abduli bir həftədən çox vaxt keçməsinə baxmayaraq hələ də həbsdədir.

Azərbaycanlı fəalın vəziyyəti haqqında heç bir məlumat verilmir.

Azərbaycanlı fəalın ailəsinə yaxın olan məlumatlı mənbə xəbəri təsdiqləyib: “Beynəlxalq Ana Dili Günü münasibəti ilə türkcə kitablar paylayan Müctəba Abdoli fevral 22-də Uçan şəhərində SEPAH kəşfiyyatçıları tərəfindən həbs edilib. Lakin onun harada olması barədə məlumat yoxdur. Bu vəziyyət onun ailəsi və ətrafındakıların narahatlığına səbəb olub”.

Azərbaycanlı fəalın ailəsi həbsdən sonra məhkəmə və təhlükəsizlik qurumlarına müraciət etsə də, onun harada olması və vəziyyəti ilə bağlı hələ də dəqiq cavab almayıb.

Qeyd edək ki, İranın ETTELAAT İdarəsi Marağada da Beynəlxalq Ana Dili Günündə türkcə kitablar yaydığına görə digər azərbaycanlı türk fəal Məhəmməd Əsədini həbs ediblər.

Həmçinin yoxlayın

Rubio: “İranın uranı zənginləşdirmək icazəsi olmayacaq”

Marko Rubio “The Free Press” podkastına müsahibəsində deyib ki, İran dinc nüvə proqramına malik ola …

Ermənistan barışığa xidmət edən addımlarımıza qarşı çıxır

GADYB: Qərbi Azərbaycan İcması Ermənistanın dağıdıcı addımları ilə bağlı bəyanat yayıb:  Bəyanatda deyilir ki, bu …