
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qaşqay türkü fəalı və hüquq fakültəsi öyrəncisi Fazil Vəziri 34 günlük həbsdən sonra Şirazdakı Adilabad zindanından 1 milyard tümən girov qarşılığında zaminə çıxıb.
Həmin türk fəal mayın 6-da Şirazda həbs edilib, 5 gün ərzində sorğu-sual edilərək Şirazın ETTELAAT İdarəsində işgəncələrə məruz qalan Qaşqay türkü daha sonra Adilabad zindanına köçürülüb.
Molla rejimi Fazil Vəzirini “hakimiyyətə müxalif qruplara dəstək yolu ilə ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı əlbir olmaq” və “ictimai rəyi çaşdırmaq məqsədi ilə yalan məlumatlar paylaşmaq”da ittiham edib.