Bazar ertəsi , May 11 2026
azfa

Molla rejimin həbs etdiyi Səğər Qulamidən heç bir məlumat verilmir

GADTB: Səğər Qulami adlı 19 yaşlı Türkmən əsilli gənc xanım bir neçə ay əvvəl keçirilən etiraz aksiyaları zamanı saxlanıldıqdan sonra hələ də həbsdə saxlanılır və onun vəziyyəti ilə bağlı dəqiq məlumat yoxdur.

Günbəd Kavus şəhərindən olan bu gəncin saxlanıldığı yer, hüquqi prosesi, vəkilə çıxışı və saxlanma şəraiti barədə rəsmi məlumat açıqlanmayıb. Onun işi ilə bağlı prosesin hansı mərhələdə olduğu da qeyri-müəyyən olaraq qalır.

Rəsmi mənbələrin bildirdiyinə görə, Səğər Qulamiyə qarşı “milli təhlükəsizliyə qarşı toplaşma və sövdələşmə” ittihamı irəli sürülüb. Bu ittiham sübuta yetiriləcəyi təqdirdə, həbs cəzası ilə nəticələnə bilər.

Son günlər sosial şəbəkələrdə bu gənc barədə edam hökmü çıxarıldığına dair məlumatlar yayılsa da, bu iddialar rəsmi qurumlar tərəfindən təsdiqlənməyib. Bu isə onun taleyi ilə bağlı narahatlıqların davam etməsinə səbəb olur.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …