Molla rejimin həbs etdiyi tanınmış azərbaycanlı fəal Pərviz Siyabini məzuniyyətə göndərib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəalı Pərviz Siyabi Gürcanı Ərdəbil şəhəri Mərkəzi Həbsxanasından bir neçə günlük məzuniyyətə göndərib.

Azərbaycanlı fəalın kiçik qardaşı aprelin 18-i vəfat etdiyi üçün ona məzuniyyət verilib.

Tanınmış 77 yaşlı azərbaycanlı milli fəal xəstə olmasına və həbsə tab gətirə bilməməsinə baxmayaraq, lazımi tibbi xidmətlərdən məhrum edilərək Ərdəbildə rejimin zindanında həbs edilmişdir.

Pərviz Siyabinin müalicə olunması ilə bağlı 5 nəfərdən ibarət həkim heyətinin arayış verməsinə baxmayaraq, onun müalicəsinin davam etdirilməsinə icazə verilməmişdi.

Qeyd edək ki, azərbaycanlı fəal Pərviz Siyabi Gürcani 2021-ci il iyulun 25-də molla rejiminin məmurları tərəfindən yaxalanmışı. 

Azərbaycanlı fəal 5 avqustda dindirilmə müddəti bitdikdən sonra ETTELAAT İdarəsinin təcridxanasında Ərdəbil zindanına köçürülüb və 29 avqust tarixində 250 milyon tümənlik girov qarşılığında məhkəməyə qədər zaminə buraxılmışdı.

Pərviz Siyabi mədəni fəaliyyətlərində görə 2022-ci ilin noyabr ayında saxlanılmış və məhkum olduğu 6 illik həbs müddəyini çəkmək üçün Ərdəbil zindanının 16-cı bölməsinə köçürülmüşdü.

Həmçinin yoxlayın

Erməni lobbisi fəaliyyəti nəticəsində 60 konqresmen Azərbaycana qarşı çağırış etdi

GADTB: ABŞ Nümayəndələr Palatasının 60 üzvü ABŞ Dövlət katibi Marko Rubioya çağırış edib. Demokrat Frenk …

Güney Kiprdə Türkiyə əleyhinə yeni terror təşkilatı yaradıldı

GADTB: Güney Kiprdə “İnqilabçı Azadlıq Mübarizəçiləri Hərəkatı” adlı yeni terror təşkilatı yaradılıb. Bu barədə Türkiyə …