Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Molla rejimin həbs etdiyi 18 yaşlı azərbaycanlı yeniyetmə Əmirəli Fəthinin taleyindən xəbər yoxdur

GADTB: Miyana rayonundan olan 18 yaşlı azərbaycanlı yeniyetmə Əmirəli Fəthi 18 dey tarixində molla rejimin qüvvələri tərəfindən saxlanıldıqdan sonra naməlum vəziyyətdədir. Bildirilir ki, onunla birlikdə saxlanılan şəxslər azad edilsə də, Əmirəli Fəthi hələ də həbsdə saxlanılır və bu yeniyetmənin fiziki zorakılığa məruz qalması ehtimalı ilə bağlı şübhələr mövcuddur.

Onun saxlanıldığı yer və saxlanma şəraiti barədə məlumatın olmaması yeniyetmənin səhhəti və əsas hüquqları ilə bağlı ciddi narahatlıqlar yaradıb. İnsan hüquqları normalarına əsasən, saxlanılan şəxslər işgəncə və qeyri-insani rəftardan qorunmalı, vəkilə çıxış və ailə ilə əlaqə saxlamaq kimi fundamental hüquqlarla təmin olunmalıdır.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …