Şənbə , İyun 13 2026
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı fəal Əsgər Fərəci azadlığa çıxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəalı Əsğər Fərəci son ümumi amnistiya çərçivəsində Tehranın Evin zindanından azadlığa çıxıb.

Bu azərbaycanlı fəal əvvəllər Tehran İnqilab Məhkəməsi tərəfindən 17 il 4 ay həbs və 2 il sürgün cəzasına məhkum edilsə də, apellyasiya məhkəməsində onun cəzası 5 ilə endirilib.

Ana dilinə görə molla rejimi tərəfindən həbs edilən azərbaycanlı fəal cəzasının 2 il 3 ayını çəkdikdən sonra son ümumi amnistiya çərçivəsində həbsdən azad edilib.

Qeyd edək ki, Əsgər Fərəci Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində “Ölkənin təhlükəsizliyinə qarşı hərəkət etmək məqsədi ilə toplaşmaq və sövdələşmək”, “rejim əleyhinə qruplara üzv olmaq”, “İslam Respublikası sisteminə qarşı təbliğat aparmaq”, “İctimai şüuru pozmaq məqsədi ilə kiberməkanda yalan yaymaq” ittihamları ilə 17 il 4 ay həbs və Cənubi Xorasan əyalətinə 2 il sürgün cəzasına məhkum edilib.

Apellyasiya məhkəməsində bu cəza 5 ilə endirilib.

Bir müddət öncə Əsgər Fərəcinin vəkili Sina Yusifi bu azərbaycanlı fəala verilən hökmlə bağlı açıqlama vermişdi: Müvəkkilim Əsgər Fərəci “Ana Dili” sahəsində sivil fəaliyyətinə görə 4 ilə yaxındır ki, Evin həbsxanasında məzuniyyətsiz saxlanılır.

Həmçinin yoxlayın

“Savalan qonur ayının evidir” şüarı ilə ekoloji yürüş keçirilib

GADTB: Ətraf mühit həftəsi münasibətilə Savalan dağı ətrafında “Savalanın qonur ayı tərəfdarları” adlı dağ yürüşü …

Molla rejimi Evin həbsxanasında siyasi məhbusların telefon əlaqəsinə maneə yradıb

GADTB: Evin həbsxanasından daxil olan məlumatlara görə, siyasi və vicdan məhbuslarının həbsxanadan kənarla telefon əlaqələrinə …