Şənbə , Sentyabr 19 2026
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı fəal girov qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı fəal girov qarşılığında zaminə buraxılıb.

Güney Azərbaycan Milli Hərəkatının fəallarından olan Ərdəbil sakini Nasir Rəzmcu dünən Təbrizdə rejimin həbsxanasından 500 milyon tümən girov qarşılığında məhkəmə prosesi başa çatana qədər müvəqqəti sərbəst buraxılıb.

Hələlik azərbaycanlı fəalın həbs edilməsinin səbəbləri və barəsində irəli sürülən ittihamlar barədə məlumat verilmir.

Qeyd edək ki, azərbaycanlı milli fəal oktyabrın 21-də Ərdəbil şəhərində ETTELAAT qüvvələri tərəfindən həbs edilmiş və Təbrizdə rejimin ETTELAAT  İdarəsinin təcridxanasına köçürülmüşdü.

Rejimin həbs etdiyi fəallardan bəziləri də hələ də zaminə buraxılmayıb və qeyri-müəyyən vəziyyətdə həbsdə saxlayırlar.

Həmçinin yoxlayın

Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib

GADTB: XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib. Açılış …

ABŞ-ın İsraildəki səfiri: İranda növbəti üsyanın şahidi olacağıq

GADTB: ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi bildirib ki, onun fikrincə, “İranda növbəti üsyanın şahidi olacağıq” …