Bazar ertəsi , May 11 2026
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı fəal həbsxanada çəkdiyi rəsimlərin sərgiləməsindən sonra hədələnib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəal Mütərza Pərvin mayın 1-də həbsxanda çəkdiyi rəsimləri sərgiləyib. Lakin bununla bağlı o hədələnib.

Buna səbəb azərbaycanlı rəssam Mürtəza Pərvinin həbsxanada “Dizayn” adlı rəsm sərgisini keçirməsi olub. Onun əsərlərində yoxsulluq, fəhlələrin və etirazçıların iztirabları ilə bağlı mövzular təsvir edilib.

Azərbaycanlı fəal mayın 5-də ailəsi ilə apardığı qısa danışıqda çəkdiyi rəsimlərə görə Evin Həbsxanasının Mühafizə şöbəsinə aparılıb və istintaqa cəlb olunaraq məmurlar tərəfindən hədələnib.

Müstəntiq onu belə hərəkətlər davam edərsə əleyhində yeni iş açılacağı ilə hədələyib.

Azərbaycanlı fəalın Tehran şəhəri Evin Həbsxanasının 4-cü bölməsində “Ağ Ləkə” adı ilə sərghilədiyi rəsimlər digər məhbuslar tərəfindən alqışlanıb.

Onun 1 may fəhlələr və müəllimlər günü münasibəti ilə, həmçinin icbari hicaba qarşı çəkdiyi rəsmilər Tehran şəhəri Avtobus Nəqliyyatı Cəmiyyətinin işçiləri sindiaktının Teleqram kanalında və digər sosial şəbəkələrdə paylaşılıb.

Qeyd edək ki, irqçi fars-molla rejimi Ərdəbildə azərbaycanlı fəal Murtəza Pərvini həbs etməyə cəhd etmişdi. Bu məqsədlə molla rejiminin məmurları oktyabrın 27-də Ərdəbildə heç bir məhkəmə qərarı olmadan azərbaycanlı milli fəal Mürtəza Pərvinin ata evinə hücum edib və axtarış aparmışdılar.

Azərbaycanlı fəal özü evdə olmadığına üçün məmurlar fəala məxsus şəxsi əşyaları, o cümlədən kompüter və onun kitablarını müasdirə edərək, özləri ilə aparıblar.

İrqçi fars-molla rejimin Ərdəbildəki ETTELAAT məmurları ondan neçə gün öncə Ərdəbildə azərbaycanlı milli fəal Murtəza Pərvinə zəng edərək onun ETTELAAT İdarəsinə çağırmışdılar.

Lakin Murtəza Pərvin bunun qanunsuz olduğunu və məhkəmə tərəfindən rəsmi çağırış göndərilmədiyini tələb edərək, ETTELAAT İdarəsinə getməkdən imtina edib.

Azərbaycanlı fəal bundan öncə də dəfələrlə təzyiqlərə məruz qalmışdı. O, 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan ordusuna dəstək və İranın Ermənistana yardımlarına etiraz aksiyasında iştirak etdiyinə görə, Ərdəbilin Ciral parkında yaxalanmışdı.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …