Cümə , Sentyabr 18 2026
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı fəal haqqında 15 gündür heç bir məlumat yoxdur

GADTB: 15 gün öncə İrqçi fars-molla rejimin ETTELAAT qüvvələri tərəfindən həbs etdiyi azərbaycanlı fəal Murtəza Həqir İntizar heç bir məlumat yoxdur.

Hazırda onun barəsində heç bir məlumat əldə etmək mümkün deyil.

Azərbacanlı milli fəalın həbsi İsraillə İran arasında hərbi gərginliyin müvəqqəti dayandırıldığı vaxta təsadüf edib və ona qarşı “rejim əleyhinə təbliğat aparmaq” və “İsraillə əməkdaşlıq” kimi saxta ittihamlar irəli sürülüb.

Azərbaycanlı fəalın yaxınlarının verdiyi məlumata görə, o, həbs olunduqdan sonra naməlum yerə aparılıb və o vaxtdan bəri ailəsi ilə əlaqə saxlanılmayıb, habelə onun sağlamlıq durumu və hüquqi vəziyyəti ilə bağlı məlumat verilmir. Həqir İntizarın ailəsi onun səhhəti ilə bağlı ciddi narahatlığını ifadə etsə də, dəfələrlə sorğu və müraciət etmələrinə baxmayaraq, səlahiyyətli qurumlardan heç biri məsələyə reaksiya bildirməyib.

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …