Şənbə , May 30 2026
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı fəallar Mahmud Ocaqlı və Məhəmməd Yusifinin durumu barədə məlumat verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycalı fəallar Mahmud Ocaqlı və Məhəmməd Yusifi barədə məlumat verilməməsi onların ailələrinin nugəranlığına səbəb olub.

Azərbaycanlı fəalın yaxınlarının müraciətlərinə baxmayaraq, Evin zindanında həbsdə saxlanılan fəalara qarşı ittihamlar barədə heç bir açıqlama verilmir.

Qeyd edək ki, Mahmud Ocaqlu 11 dekabr 2022-ci ildə Tehran şəhərindəki iş yerində təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

Mahmud Ocaqlu həmçinin bundan öncə milli-mədəni fəaliyyətləri və 2014-cü ildə ana dili ilə bağlı mədəni fəaliyyətinə görə həbs edilib.

Məhəmməd Yusifi isə fevralın 20-də Ərdəbil şəhərində yaxalanaraq, fevralın 21-də Tehranın Evin zindanına köçürülüb.

Həmçinin yoxlayın

CENTCOM Hörmüz boğazında hərbi əməliyyatlar keçirəcəyi barədə xəbərdarlıq edib

GADTB: ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) dənizçilərə və hava qüvvələrinin şəxsi heyətinə Hörmüz boğazında hərbi əməliyyatlar …

“Traxtur” klubu Çempionlar Liqasında iştirak edə bilər

GADTB: Cənubi Azərbaycanın “Traxtur” klubunun növbəti mövsümdə Asiya Çempionlar Liqasının Elit mərhələsində iştirakı böyük ölçüdə …